25 Yanvar 2016 15:44
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Əlibəy Abbaszadə idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Ələddin Quliyevi vurub.

Ələddin Quliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: