9 İyun 2014 16:25
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənzilləri qarət etməkdə təqsirli bilinən Qorxmaz Şərifovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, ötən il fevralın 13-də, Zirə qəsəbəsi, Natavan küçəsində yaşayan Natavan Əliyevanın evindən 200 manat, ev əşyaları və ərzaq məhsulları oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Qorxmaz Şərifov fevralın 28-də yaxalanıb. İstintaq zamanı onun daha bir neçə mənzildən oğurluq etməsi müəyyən olunub.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Qorxmaz Şərifov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: