26 Yanvar 2016 12:35
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs Bərdə rayon sakini Türkanə Əliyevaya zor tətbiq edərək içərisində 50 manat, mobil telefon, bankomat kartı və kosmetik əşyaları olan çantasını alıb.

Həmin şəxs cinayəti törədəndən sonra hadisə yerini tərk edib.

Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Elbrus Buludov tutulub.

Hacı Zeynalov


Müəllif: