27 Yanvar 2016 01:12
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir sakini göldə batıb.

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə ötən gün axşam saatlarında rayonun Sor-Sor kəndində baş verib. Sor-Sor kənd sakini 1957- ci il təvəllüdlü Maksud Elxan oğlu Maksudov kəndlərindəki göldə qayıqla üzərkən ehtiyatsızlıq nəticəsində batıb. Kənd sakinlərinin səyi nəticəsində mərhumun meyiti sudan çıxarılıb.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: