27 Yanvar 2016 12:19
421

Qazax rayonunda ötən il baş verən oğurluq hadisəsinin üstü

Teleqraf.com xəbər verir ki, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elmir Qocayev tutulub.

Elmir Qocayev ötən il avqustun 17-də Ağköynək kəndində yaşayan Raidə Cəlilovanın evindən 450 manat və 200 ABŞ dolları, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinıb.

Onun H.Vəkilovanın evindən oğurluğa cəhd göstərməsi, habelə V.Mustafayevə məxsus mağazadan 50 manat və tütün məmulatı oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: