27 Yanvar 2016 14:00
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda evdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Emin Quliyevin evindən 2200 manat, qızıl və məişət əşyaları oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Bakı şəhər sakinləri Şəmsi Nuriyev və Zakir Əliyev tutulublar.

Hacı Zeynalov


Müəllif: