27 Yanvar 2016 16:31
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda kişi arvadının işlətdiyi gözəllik salonuna basqın edib.

Teleqraf.com xəbər verir ki, hadisə A.Manafov küçəsi, 5 ünvanında yerləşən “Lux” qadın gözəllik salonunda baş verib.

Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Ramin Qurbanov həyat yoldaşı, 1980-ci il təvəllüdlü Cəmalə Qurbanovaya məxsus gözəllik salonuna gəlib. Ailə münaqişəsi zəminində orada ərlə arvad arasında mübahisə yaranıb.

Daha sonra Ramin Qurbanov gözəllik salonunun qaz və su sayğaclarını sındırıb.

Qeyd edək ki, Ramin Qurbanov dördüncü dəfədir həyat yoldaşının gözəllik salonuna basqın edir. Bundan əvvəl ötən ilin dekabrın 15, 16 və 26-da gözəllik salonuna basqın edən Ramin Qurbanov salonun şüşələrini daş parçası ilə sındırıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: