28 Yanvar 2016 09:34
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab və Biləsuvarda yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Zərdab rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 3 otaqlı evin tüstü bacasının ətrafı 5 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:31-də söndürülüb.

Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: