28 Yanvar 2016 11:17
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda meyit tapılıb.

Teleqraf.com xəbər verir ki, meyit rayonun Maştağa qəsəbəsi, şəhər şosesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında aşkar edilib.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Məlum olub ki, meyiti tapılan şəxs tüfeyli həyat tərzi keçirən 1951-ci il təvəllüdlü Vasiliyev Anatoli Vladimiroviçdir.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: