28 Yanvar 2016 13:33
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda əcnəbi vətəndaşın meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, rayonun Seyfəli kəndində avtomobillərin hərəkət istiqamətinin əksi istiqamətində yolun kənarında dayanmış “İveco” markalı yük avtomobili aşkar edilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı sürücü, Türkiyə vətəndaşı Semiz Kademin meyiti tapılıb. İlkin məlumata əsasən o, infarktdan ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: