28 Yanvar 2016 14:11
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.

Dəliməmmədli şəhər sakini Maarif Əliyev idarə etdiyi “VAZ-21124” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub.

Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: