29 Yanvar 2016 11:44
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 17 yaşlı qızını zorlamaqda təqsirləndirilən 1960-cı il təvəllüdlü Malik Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsriləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Malik Mirzəliyev 15 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Malik Mirzəyev 17 yaşlı qızı Samirəni (ad şərti verilib) zorlayıb. O, həmçinin həyat yoldaşına da işgəncə verib.

Malik Mirzəyev Cinayət Məcəlləsinin 149-cu (zorlama), 150-ci (seksul hərəkətlər etmə) və 133-cü ( işgəncə vermə) maddələri ilə təqsirli bilinib.

Hacı Zeynalov


Müəllif: