29 Yanvar 2016 12:51
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqdirləndirilən 1982-ci il təvəllüdlü Tamerlan Talıbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tamerlan Talıbov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tamerlan Talıbov Bakı şəhər sakinin etimadını qazanaraq ondan 16 min manat pul alıb. O, zərərçəkənə ev alacağını vəd etsə də, vədinə əməl etməyib.

Tamerlan Talıbov Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif: