29 Yanvar 2016 15:24
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Pirşağı qəsəbəsi, 2-ci Savxoz küçəsində yerləşən aptekdə baş verib.

Binəqədi rayon sakini, 1987-ci il təvəllüdlü Emin Kərimov satıcı işlədiyi aptekə gələn naməlum şəxs pul xırdalamaq adı ilə 100 manatı ondan alaraq qaçıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: