30 Yanvar 2016 10:29
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siyəzən" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisisində yanğın hadisəsi baş verib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 12 km aralı) baş verib. Vətəndaşa məxsus “Siyəzən” ASC-nin ərazisində ümumi sahəsi 1068 kv.m olan broyler sexinin döşəməsi 278 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: