1 Fevral 2016 11:39
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda quldurluq cinayəti törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun H.Zərdabi küçəsi, 92 ünvanında baş verib.

Füzuli rayon sakini, 1974-cü il təvəllüdlü Rövşən Cəfərov 1977-ci il təvəllüdlü Rafiq Hüseynovun qarın nahiyəsinə 5 yüngül bıçaq xəsarəti yetirib. O, daha sonra Rafiq Hüseynovu döyərək, 1460 manatını alıb və hadisə yerindən qaçıb.

Rövşən Cəfərov hadisədən sonra xəstəxanaya müraciət etməyib.

Amma cinayəti törədən Rövşən Cəfərov bir neçə saatdan sonra Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə gələrək təslim olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər