1 Fevral 2016 13:03
410

Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xaçmaz şəhər sakini Elman Təmirov münaqişə zəminində xalası oğlu Kamran Hacıbalayevə bıçaqla xəsarət yetirib.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Təmirov tutulub.

Hacı Zeynalov


Müəllif: