Hacıqabul rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nəvahi qəsəbəsindəki kafelərdən birində qeydə alınıb.
Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şahin Əsgərov xuliqanlıq zəminində orada aşpaz işləyən İsmayıllı şəhər sakini Rövşən Nurməmmədovun baş nahiyəsinə balta ilə xəsarət yetirib.
R.Nurməmmədov xəstəxanaya yerləşdirilib.
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əsgərov tutulub.
Hacı Zeynalov