Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları növbəti əməliyyat tədbirləri keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Cəbrayıl rayon sakini Gündüz Rəsulovdan “Makarov” markalı tapança və 8 ədəd patron götürülüb.
Onun Xırdalan şəhərindəki evinə baxış zamanı isə lüləsi və qundağı kəsilmiş “İJ” markalı tüfəng və 19 ədəd patron da aşkar edilərək götürülüb.
Hacı Zeynalov