Bakının Qaradağ rayonunda müəmmalı ölüm hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, yanvarın 31-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən 35-40 yaşlı kişi koma vəziyyətində xəstəxanaya gətirilib.
Həmin şəxsə tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Həmin şəxsin şəxsiyyətini müəyyənləşdirilməsi istiqamətində tədbir görülür.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov