1 Fevral 2016 17:45
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədidə oğurluq hadisəsi baş verib.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə şəhər mərkəzindəki Xəlfələddin küçəsində Hüseynzadə Elvin Şakir oğluna məxsus ərzaq dükanlarından birində qeydə alınıb.

Mağazadan siqaret, çay, şampun və digər ərzaq məhsulları aparılıb. 1998-ci il təvəllüdlü rayon sakinləri Cəfərzadə Sabir Babək oğlu və onun dostu Mehdiyev Nicat Ələddin oğlu dükanın şüşəsini sındıraraq içəri daxil olublar.

Saxlanılan Sabir Cəfərzadə bildirib ki, ailələrində 5 uşaq olublar. Valideynləri işləmədiyindən evə kömək məqsədilə oğurluğa əl atıb.

Məlumata görə, mağaza sahibinə 450 manatlıq ziyan vurulub. Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları hər iki şəxsi yaxalayaraq cinayət məsuliyətinə cəlb edib.

Xalid Salmanbəyli


Müəllif:

Oxşar xəbərlər