Bakının Binəqədi rayonunda xəstəxanada dava olub.
Teleqraf.com xəbər verir ki, hadisə M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 10 ünvanında yerləşən Məlikov adına xəstəxanada baş verib.
Xəstəxanada tibb bacısı işləyən Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü Əminə Quliyeva Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Mətanət Məmmədova tərəfindən döyülüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov