Bakının Xətai rayonunda evdən külli miqdarda qızıl oğurlanıb.
Teleqraf.com xəbər verir ki, yanvarın 31-də Daşqın İsmayılova məxsus evdən 50000 manat dəyərində qızıl əşyalar oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Aynurə Məlikova tutulub.
Hacı Zeynalov