2 Fevral 2016 18:48
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda dələduzluq faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsi sakini, 1974-cü il təvəllüdlü Təranə Quliyeva dələduzluqla üzləşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə müraciət edib.

Təranə Quliyeva bildirib ki, tanışı, 1979-cu il təvəllüdlü Namiq Abdullayev Zabrat qəsəbəsi, yeni sahədə 2 sot torpaq sahəsi satmaq adı ilə ondan 7300 manat alıb. Amma Namiq Abdullayev vədinə əməl etməyərək, qadına qarşı dələduzluq edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər