3 Fevral 2016 18:59
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İbrahim Hüseynov tutulub.

İbrahim Hüseynov yanvarın 30-dan fevralın 1-dək olan müddətdə Binə qəsəbəsi Atçılıq yaşayış massivində yaşayan Elmar Abbasova məxsus “Kamaz” markalı avtomobildən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinib.

Bundan başqa Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 31-nə keçən gecə Y.Hüseynov küçəsində Nurulla Axundova məxsus “VAZ-2102” markalı avtomobilin akkumulyatorunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Davud Abbasov tutulub.

Hacı Zeynalov


Müəllif: