Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə 1-ci Alatava, ev 52 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Yolçuyevin evində kirayə yaşayan Aqşin adlı şəxs oğurluq edib. Aqşin adlı şəxs evdən paltar yuyan maşını, soyuducu, televizor və 2 ədəd qızdırıcı soba, 3 ədəd çarpayı, stolı, 2 ədəd stul oğurlayıb.
Elvin Yolçuyev evindən edilən oğurluq hadisəsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov