Sabirabad rayonunda yeni doğulmuş uşağı “Padarçöl” adlanan sahəyə atıblar.
Teleqraf.com xəbər verir ki, fevralın 3-də Sabirabad rayonunun Kovlar kəndindəki “Padarçöl” adlanan sahədə rayon sakini Nəzarət İsmayılov avtomobil yolunun kənarında olan sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağının olduğunu görüb.
Nəzarət İsmayılov həmin uşağı yaşadığı evə aparıb və fevralın 4-də onu Sabirabad Rayon Polis Şöbəsinə təhvil verib.
Hacı Zeynalov