“Azərişıq” ASC-nə məxsus yarımstansiyada yanğın olub. Hadisə Sumqayıt şəhərində baş verb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan dəmir konstruksiyadan ibarət qarajın içərisində istifadəsiz məişət əşyaları və yaxınlıqdakı “Azərişıq” ASC-nə məxsus ümumi sahəsi 80 kv.m olan yarımstansiyanın dam örtüyünün taxta konstruksiyaları 20 kv.m sahədə və 20 p.m kabel yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 14:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.