Azərbaycanda iki nəfər dəm qazından zəhərlənərək ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, fevralın 5-də Ağdam rayonunda yaşayan Məlahət Mirizadə, Tovuz rayonunda yaşayan Mehman Nəsirli evlərində dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.