10 İyun 2014 14:31
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 saylı cəzaçəkmə müəssisəsinə 6 ədəd mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətdən Teleqraf.com-a verilən məlumata görə, PX əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3; 331.2; 331.3; 125; 150.2.5; 338.1; 341.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Anar Rəhim oğlu Məmmədovun yanına qısamüddətli görüşə gəlmiş dostu Məhəmməd İsmayıl oğlu İsmayılovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı yeməklə dolu qazanın dibində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 (iki) ədəd "Nokia-1280" markalı, 1 (bir) ədəd "Nokia X6" markalı, 1 (bir) ədəd "TMT-T-M3" markalı, 1 (bir) ədəd "Nokia C2-01" markalı və 1 (bir) ədəd "Nokia-E6" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Müəllif: