7 Fevral 2016 00:48
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı sakini “Shacman” markalı yük avtomobilinin altında qalaraq ölüb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xətai rayonunda bir nəfərin “Shacman” markalı yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış Seyidəhmədov İbrahim Qələmşah oğlunun cəsədini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif:

Oxşar xəbərlər