Bakının Suraxanı rayonunda faciəli hadisə baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Telman Mustafayev evinin damında təmir işləri apararkən yıxılaraq xəsarət alıb. O xəstəxanaya yerləşdirilib və fevralın 7-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov