Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Q.Qarayev prospektində qeydə alınıb.
Bakı şəhər sakini Fərid Mirzəzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 65-70 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov