8 Fevral 2016 18:35
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Şabran rayon sakini, 21 yaşlı Rövşən Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Şabran rayonun Gəndob kəndində Rövşən Dadaşov əmisi Elxan Dadaşovun evində qonaq olub. İçki məclisi zamanı yaranmış mübahisə zamanı qardaşoğlu əmisinə və onun qonağına bıçaq xəsarətləri yetirib.

Rövşən Dadaşov əmisi Elxan Dadaşova qarın nahiyəsindən bir və evdə qonaq olan 44 yaşlı Gəndob kənd sakini Şahin Mürsəliyevə qarın nahiyəsindən iki bıçaq zərbəsi endirib. Yaralılar dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılaraq əməliyyat olunub.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rövşən Dadaşov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər