8 Fevral 2016 21:12
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari il yanvarın 1-dən fevralın 6-dək Bakıda 12 min 881 piyada cərimə olunub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu müddətdə piyadaların avtomobillərlə vurulması hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə onların hərəkəti üçün nəzərdə tutulmuş yeraltı və yerüstü piyada keçidləri yaxınlığında reydlər keçirilib. Nəticədə 12 min 881 piyada “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsinin tələbini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun tərtib edilən protokol əsasında 20 manat cərimə edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə piyadaların vurulması hallarının azaldığını qeyd edən V.Əsədov deyib: “Piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb. Yüzdən artıq polis əməkdaşı həmin ərazilərdə xidmət aparır. Bu, o deməkdir ki, piyadalar arasında nizam-intizam yüksəlib və hadisələrin səviyyəsi aşağı düşüb. Həqiqətən də piyadaların saxlanılaraq cərimələnməsi qəzaların sayının azalmasına təsir edib”.


Müəllif:

Oxşar xəbərlər