Bakının Binəqədi rayonu ərazisində mağazadan oğurluğa cəhd edilib.
Teleqraf.com xəbər verir ki, rayon sakini Elnurə Novruzovanın mənzilindən Baş Mühafizə İdarəsinə “həyəcan” siqnalı daxil olub.
Dərhal hadisə yerinə gəlmiş Binəqədi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini Əfsanə Muxtarova saxlanılıb.
O, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə təhvil verilib.
Hacı Zeynalov