10 İyun 2014 16:19
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı qızın ölümündə təqsirli bilinən Ruslan Mustafayevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Ruslan Mustafayev ötən il noyabrın 13-də Aşura günü yol qəzası törədib. Maştağa qəsəbəsində yerləşən məscidin qarşısında Ruslan Mustafayev idarə etdiyi “Mercedes” markalı maşınla azyaşlılar Aytac Vüqar qızı Məmmədovanı və Jalə Elmar qızı Muradovanı vurub.

Nəticədə hər iki piyada aldığı xəsarətdən hadisə yerində keçinib. Qəza nəticəsində ölən azyaşlılar və sürücü Maştağa qəsəbəsindəki məsciddə keçirilən Aşura mərasimlərinə qatılıblarmış.

Araşdırmalar zamanı Ruslan Mustafayev yol qəzasının törədilməsində təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin hökmü ilə Ruslan Mustafayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: