10 İyun 2014 16:54
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Astara rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 18 yaşlı Ümid Əlizadə toya gedərkən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Müəyyən olunub ki, hadisəni qəsəbə sakini, 16 yaşlı Məhəbbət Həmdəmov törədib. Onun tutulması üçün əməliyyat axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: