9 Fevral 2016 12:09
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq edən şəxslər tutulub.

Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 28-də Aynurə Zeynalovaya məxsus gözəllik salonundan oğurluq etmiş Gəncə şəhər sakini Nikolay Miroşiçenko və Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Şahmurad Xudaverdiyev tutulublar.

Onların bu ilin yanvarın 16-da daha bir aptekdən və şirniyyat evindən oğurluq etmələri də müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: