Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Nizami rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.
Zəngilan rayon sakini Ruslan Hüseynov Bakı şəhər sakinləri Rasim Cəfərov və Kənan Camalovu bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Hüseynov tutulub. Hadisə şəxsi münasinətlər zəminində baş verib. Rasim Cəfərov 9-ci sinif şagirdi olub.
Faktla bağlı cinayət işi başlanıb.