11 Fevral 2016 13:05
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda oğurluqla məşğul olan qrupun daha bir üzvü həbs edilib.

Teleqraf.com xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Famil Musayevə məxsus 59 baş qoyunu oğurlamış qrupun digər üzvü – rayon sakini Nazmiq Musayev tutulub.

Qeyd edək ki, bundan əvvəl Ağdam və Bərdə rayon polis şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Bərdə rayon sakinləri Sərvər Nəcəfov və Elşən Hidayətzadə tutulub.

Hacı Zeynalov


Müəllif: