11 Fevral 2016 15:36
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinnə Roza Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Roza Abbasova “Sədərək” Ticarət Mərkəzində ticarətlə məşğul olub. O, ticarət mərkəzində çalışan vətəndaşların etibarından sui-istifadə edərək bir neçə nəfəri aldadıb.
Roza Abbasova onlara Türkiyədən ucuz qiymətə mal gətirmək məqsədilə həmin şəxslərdən 143 min manat alıb. Lakin sonradan Roza Abbasova tərəfindən aldadıldığını bilən ticarətçilər bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Roza Abbasova Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduz) maddəsi ilə ittiham edilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Roza Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər