Paytaxtda evin saunasında yanğın olub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində saunanın yanar konstruksiyaları və taxta üzlüyü 30 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 14:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.