Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maqsudkənd kəndində qeydə alınıb.
Kənd sakini Şahid Şahbazov yaşadığı evdə özünü asaraq ölüb. Şahid Şahbazovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov