Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdiriblər.
DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, fevralın 9-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 332 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Qana vətəndaşları Mketiab Xoster, Obeng Riogkson, Paky Esmond Ohene və Boateng Frangiz Atta saxta elektron viza təqdim etdikləri üçün saxlanılıblar.
Müvafiq araşdırma aparıldıqdan sonra fevralın 10-da “Bakı-İstanbul” reysi ilə geri qaytarılıblar.
BƏXTİYAR