Sabirabad rayonunda qətl hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzində, 20 Yanvar küçəsində qeydə alınıb.
Sabirabad rayon sakini, 1977-ci il təvəllüdlü Raqif İsmayılov bıçaqlanaraq öldürülüb. Raqif İsmayılovu qətlə yetirən 1991-ci il təvəllüdlü Elşad Məmmədov tutulub.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov