12 Fevral 2016 16:11
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda insan alveri ilə bağlı 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib.

Məlumata görə, İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 109 (+12) cinayət faktı müəyyənləşdirilib. Ümumilikdə 17 nəfərdən ibarət 8 cinayətkar qrup cinayət məsuliyyətinə cəlb olunub. Bu əməllərin qurbanı - 63 (+11) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Məlumata görə, ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 210 (+27), o cümlədən 62 (-17) fahişəliyə cəlb etmə və 134 (+48) əxlaqsız yuvaları saxlama cinayəti aşkarlanaraq 107 nəfər məsuliyyətə cəlb olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər