11 İyun 2014 09:40
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumatına görə, Mingəçevir şəhərində vətəndaş tərəfindən idarə olunan "VAZ" markalı minik avtomobili ilə "İJ" markalı motosikletin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində motosikletin təkərləri və yanacaq çəni yanıb. Hadisə zamanı hər iki sürücüsü müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Motosikletin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobilin və motosikletin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb


Müəllif: