Nərimanov rayonu Məhkəməsində civə alverində ittiham olunan Niyaməddin Yəhyayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Niyaməddin Yəhyayev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Niyaməddin Yəhyayev 1,2 kiloqram civəni 5000 ABŞ dollarına satmaq istəyirmiş.
Hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Niyaməddin Yəhyayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov