21 Aprel 2014 11:44
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti rüşvət almaqda ittiham olunur

Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş zabiti rüşvət ittihamı ilə həbs edilib.

Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, HDQ-nin ehtiyatda olan polkovniki, 56 yaşlı Qasım Quliyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs-qətimkan tədbiri seçilib.


Bir müddət əvvəl Hərbi Prokurorluq və Maliyyə Nazirliyi Azərbaycan HDQ-də kompleks yoxlamalar aparıb. Sabiq komandan, vitse-admiral Şahin Sultanovun komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.


Müəllif:

Oxşar xəbərlər